Bank Of Baku

Türkiyədə xəstəxanalar qrupunun idarəçisi :”Bütün təcrübələrimizi Azərbaycanla paylaşmağa hazırıq”

Türkiyədə xəstəxanalar qrupunun idarəçisi :”Bütün təcrübələrimizi Azərbaycanla paylaşmağa hazırıq”
# 02 noyabr 2012 18:42 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Universal alman xəstəxanasında yaradılmış Metabolik cərrahiyyə bölməsinin başçısı, dosent Alper Çəlik bildirib ki, Türkiyədə hər il şəkər xəstəliyinin təqibi və qarşısının alınması üçün təxminən 8 milyard dollar pul xərclənir: “Dünyada 387 milyon, Türkiyədə isə 4 milyon şəkər xəstəsi var. Son 10 ildə Türkiyədəki şəkər xəstələrinin sayı 50% artıb. Şəkər xəstəliyindən ölənlərin 55%-ni qadınlar təşkil edir”.

Həkimin bildirdiyinə görə, o, 5 ildəir ki, şəkər xəstələri üzərində əməliyyatlar aparıb, bu məqsədlə müxtəlif ölkələrdə çalışıb. A. Çəlik Taksimdəki Universal alman xəstəxanasında qapalı əməliyyatlar apardığını və əməliyyatların 98%-nin uğurla nəticələndiyini vurğulayıb.

Türkiyənin ən böyük xəstəxanalar zəncirinin idarə heyətinin üzvü, doktor Həsən Ofluoğlu isə APA-ya açıqlamasında deyib ki, Taksimdəki Universal alman xəstəxanasında qurduqları Metabolik cərrahiyyə bölümünün öz həcminə görə dünyada ikinci sıradadır: Dosent Alper Çəlik səhər saat 8-dən gecə saat 12-yə qədər işinin üstündədir.Biz şəkər xəstələrinin əməliyyatı məsələsinə böyük önəm veririk və ilk mərhələdə bu işin öhdəsindən uğurla gəldiyimizə görə, çox sevincliyiz.Bilirsiniz ki, bizim Bakıda təmsilçilyimiz var və əsas hədəflərimizdən biri də qardaş Azərbaycan və digər Türk cümhuriyyətləriylə əlaqələrimizi genişləndirməkdir. Şəkərdən əziyyət çəkən xəstələrin əməliyyatı sahəsində əldə etidiyimiz təcrübələri azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq. Eyni zamanda, bu xəstəlikdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələrə Türkiyədə hər cür tibbi yardımı göstərməyi də özümüzə borc bilirik. Şəkər xəstələrinin əməliyyatı sahəsində əldə etdiyimiz uğur, eyni zamanda,azərbaycanlı qardaşlarımızın uğurudur, qapımız həmişə onlara açıqdır.Gələcəkdəki planlarımız arasında Azərbaycanda müasir standartlarda bir tibb mərkəzi tikmək var, inanıram ki, onu da həyata keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR