Azərbaycan peşə təhsilini inkişaf etdirmək üçün Gürcüstanla razılığa gəlib
03 noyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA. Azərbaycan peşə təhsilini inkişaf etdirmək üçün Gürcüstanla razılığa gəlib. Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin Namiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, bu günlərdə Gürcüstana səfərləri çərçivəsində oradakı vəziyyətlə yaxından tanış olublar. Onun sözlərinə görə, Gürcüstanda da qarşılaşdıqları vəziyyət ürəkaçan olmayıb: “Məlum oldu ki, azərbaycanlıların peşə təhsili müəssisələrinə cəlbi arzu olunan səviyyədə deyil. Burada təhsil alan çox az şəxslər var. Xüsusən əhalinin sıx birləşdiyi yerlərdə isə ümumiyyətlə peşə təhsili müəssisələri yoxdur”.
Şöbə müdiri qeyd edib ki, Gürcüstanın yeni hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkədə hər kəsin peşə təhsilinə cəlb edilməsidir: “Azərbaycanlılar orada daha çox kənd təsərrüfatı ilə məşğul olurlar. Mən də xahiş etdim ki, peşə təhsili sahələri yaradılarkən bu istiqamətlər xüsusilə nəzərə alınsın. Gürcüstan tərəfi də Azərbaycanın sıx məskunlaşdığı yerlərdə yeni müasir təhsil müəssisələrinin yaradılması ehtimalının yüksək olduğunu deyib”.

Sosial
2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıb
14:55
17 may 2024
FHN-in Şimal-qərb Regional Mərkəzi zona birinciliyi keçirib - VİDEO
14:48
17 may 2024
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
14:37
17 may 2024
Parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı daxil olub
14:35
17 may 2024