Bank Of Baku

“Azərbaycanda məcburi köçürülmələr: Hüquqi vəziyyət və beynəlxalq standartlar” mövzusunda konfrans keçirib

“Azərbaycanda məcburi köçürülmələr: Hüquqi vəziyyət və beynəlxalq standartlar” mövzusunda konfrans keçirib
# 05 noyabr 2012 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi “Azərbaycanda məcburi köçürülmələr: Hüquqi vəziyyət və beynəlxalq standartlar” mövzusunda konfrans keçirib.

APA-nın məlumatına görə, tədbirdə birliyin sədri İradə Cavadova deyib ki, məcburi köçürdülmə halları Azərbaycanda son illər tez-tez baş verən proseslərdəndir. Ölkəyə investisiya axını, aparılan tikintilər zamanı məcburi köçürülmə hallarına çox rast gəlinir. Yaranan vəziyyət heç də hər zaman vətəndaşları qane etmir və hətta məsələlər məhkəmə çəkişmələrinə qədər uzanır. O qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq təmsil etdiyi qurum Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə bu mövzuda layihə həyata keçirir.

Daha sonra tədbirdə hüquqşünas-ekspert Sərvər Süleymanlı mövzu ilə bağlı məruzə edib. O, bu məsələdə dövlətin və vətəndaşların üzərinə düşən məsuliyyət haqda danışıb: “İstənilən məcburi köçürdülmə zamanı ərazi və ya aidiyyəti dövlət strukturunun nümayəndəsi prosesin həyata keçirildiyi yerdə olmalıdır”. Beynəlxalq standartların tələblərinə də toxunan S.Süleymanlı qeyd edib ki, məcburi köçürülməyə məruz qalan vətəndaş köçürüldüyü yerdə əvvəlki şəraiti ilə təmin olunmalıdır.

Bundan sonra konfransda ekspert Fərhad Mehdiyev, Xətai Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Malik Hüseynov, Milli Məclisin deputatı Əli Məsimov çıxış ediblər.

Tədbirdə Bakının Xətai rayonu NZS qəsəbəsinin sakinlərinin məcburi köçürülmə ilə bağlı qarşılaşdığı problem isə nümunə olaraq müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR