Bank Of Baku

Heydər Əsədov: “Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan artımlar əhalinin sosial rifahının yüksəlməsinə təsir göstərəcək”

Heydər Əsədov: “Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan artımlar əhalinin sosial rifahının yüksəlməsinə təsir göstərəcək”
# 06 noyabr 2012 11:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar və energetika, Aqrar siyasət və Sosial siyasət komitələrinin, hökumət nümayəndələrinin iştirakı ilə keçirilən birgə iclasında 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Hesablara Palatasının sədri Heydər Əsədov deyib.

H. Əsədov əlavə edib ki, layihədə borclanma faizi aşağı düşüb, yəni borcların qaytarılması faizi artıb, alınması faizi isə enib.

Palata sədri büdcə layihəsində sovet dövründən qalma əmanətlərin qaytarılması üçün 500 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu qeyd edib, bildirib ki, bu məbləğ əmanətlərin hamısının qaytarılmasına imkan verəcək: “Əmanətlərin qaytarılmasında heç bir problem olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR