Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı növbəti test imtahanları noyabrın 12-dən başlayır
Komissiyadan APA-ya verilən məlumata görə, 7, 14, 17 avqust, 6 sentyabr və 5 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat başa çatıb. Oktyabrın 24-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə noyabrın 22-də başa çatacaq.
İndiyə kimi qeydiyyatdan keçmiş 7439 namizəddən 5068-i kişi, 2371-i isə qadın namizədlərdir. Ən çox namizəd qeydə alınan dövlət orqanları Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (713 nəfər), İqtisadi İnkişaf Nazirliyi (643 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (640 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (570 nəfər), Təhsil Nazirliyi (508 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (390 nəfər), Dövlət Sosial Müdafiə Fondu (374 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (341 nəfər) olub.
Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron sənəd dövriyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsi (168 namizəd), Maliyyə və təsərrüfat şöbəsinin Maliyyə sektorunda aparıcı məsləhətçi vəzifəsi (116 namizəd), İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunda məsləhətçi vəzifəsi (150 namizəd), Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsində məsləhətçi vəzifəsi (122 namizəd) üzrə olub.
Müsabiqənin test imtahanı 2012-ci il 12 noyabr tarixdən ilk olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulur.
Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
Venesuelada zəlzələ qurbanlarının sayı 4118-ə çatıb
Tramp Vens və Rubioya İranla danışıqları davam etdirməyi tapşırıb
ABŞ zənginləşdirilmiş uran olmadan İranla razılaşmanı istisna edir
ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
İsrailin müdafiə naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olduğunu bildirib
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib
DÇ-26: İspaniya yarımfinala yüksəlib
Əraqçi Hörmüz məsələsini müzakirə etmək üçün iyulun 11-də Omana səfər edəcək
Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO