Bank Of Baku

UNİCEF Azərbaycanda gənclərin 18 yaşadək HİV/AİDS-ə qarşı testdən keçməsini təklif edir

UNİCEF Azərbaycanda gənclərin 18 yaşadək HİV/AİDS-ə qarşı testdən keçməsini təklif edir
# 07 noyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA “Bu gün dünyada HİV/AİDS virusu üzrə qeydiyyatdan keçən hər 3 nəfərdən 1-i 15-29 yaş qrupuna aid olan gənclərdir. Bu rəqəm isə bütün dünya ictimaiyyətini ciddi narahat edir”. APA-nın xəbərinə görə, bu fikirləri UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Bakıda keçirilən HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyin qarşısını almaqla bağlı müxtəlif yollar və yanaşmalar mövcuddur. Bunlardan ən əsasının isə 18 yaşa kimi gənclərin erkən yaşda könüllü olaraq testdən keçməsinin olduğunu deyən M. Herevard vurğulayıb ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün hələlik yeni ideyadır: “Azərbaycanda gənclərin könüllü olaraq HİV/AİDS-ə qarşı testdən keçməsi üçün valideynlərin razılığı olmalıdır. Bu da bir çox hallarda virusun vaxtından öncə aşkarlanmasına mane olur. Ona görə də UNİCEF Azərbaycanda da Ukrayna və Belarus təcrübəsinə uyğun olaraq testin keçirilməsi üçün gənclərin yaş həddinin 16-ya salınmasını təklif edir. Belə olduğu halda onlar valideynin icazəsi olmadan da testdən keçə bilərlər. Bu isə virusun vaxtından tez aşkarlanmasına və lazımi tədbirlərin görülməsinə şərait yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR