Bank Of Baku

Bakıda HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı keçirilir

Bakıda HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı keçirilir
# 07 noyabr 2012 10:22 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Bu gün Bakıda HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı işə başlayıb. APA-nın xəbərinə görə, 2 gün davam edəcək tədbir “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilib.

Tədbirdə çıxış edən “NUR” Uşaq və Gənclərin İctimai Birliyi sədri Sevinc Muradova bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin əsas prioritetlərindən biri də gənclərin sağlamlığının qorunması və təmin edilməsidir: “Konfransda Azərbaycan və dünyanın 10 müxtəlif ölkəsindən 40 nəfər gənc iştirak edir. Tədbirin keçirilməsində başlıca məqsəd gənclər təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaqdır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, bu gün dünyada elə bir dövlət, cəmiyyət yoxdur ki, orada HİV/AİDS və narkomaniya problemi olmasın: “Sadəcə, bunun qarşısını almaq üçün birgə müzakirələr aparılmalı və qarşılıqlı həll yolları tapılmalıdır”.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə beynəlxalq təşkilatın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Qeyd edək ki, HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı 2 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR