Nazir müavini: “Bəzi xəstəliklərin əhatə dairəsi gənclərin hesabına ildən-ilə genişlənir”

Nazir müavini: “Bəzi xəstəliklərin əhatə dairəsi gənclərin hesabına ildən-ilə genişlənir”
# 07 noyabr 2012 10:35 (UTC +04:00)
Bakı. Könül Kamilqızı- APA. “Azərbaycanda QİÇS, narkomaniya və bu kimi digər xəstəliklərin əhatə dairəsi gənclərin hesabına ildən-ilə genişlənir”. APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransında çıxışında deyib. O bildirib ki, bu xəstəliyə yoluxan insanların sayının çox və ya az olmasından asılı olmayaraq, cəmiyyətdə bu problem var, sadəcə, onun qarşısını almaq, əhatə dairəsinin azaldılması istiqamətində düşünmək lazımdır: “Bu məsələdə əsas ideya gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Bəlkə o zaman gənclərin bu xəstələr sırasında olmasının qarşısı almaq mümkün olar. Mövcud problemin qarşısını almaq üçün Azərbaycan dövləti yaxın zamanlarda bu xəstəliyə yoluxan insanların sayının kəskin şəkildə azaldılmasını qarşıya əsas məqsəd kimi qoyub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR