Bank Of Baku

Azərbaycanda “Yaşıl Həftə” layihəsi çərçivəsində beynəlxalq tədbirlər keçiriləcək

Azərbaycanda “Yaşıl Həftə” layihəsi çərçivəsində beynəlxalq tədbirlər keçiriləcək
# 07 noyabr 2012 10:55 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Noyabrın 12-16-da Azərbaycanda beynəlxalq “Yaşıl Həftə” layihəsi çərçivəsində tədbirlər həyata keçiriləcək. APA-nın xəbərinə görə, beynəlxalq tədbir IDEA Kampaniyası (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) və UNEP-in (BMT-nin Ətraf Mühit üzrə Proqramı) birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə yerli qonaqlarla yanaşı bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri-dövlət təşkilatı nümayəndələrinin, gənc liderlərin iştirakı nəzərdə tutulub.

Beynəlxalq “Yaşıl Həftə” layihəsi çərçivəsində noyabrın 12-də Beynəlxalq Gənclər Forumu, noyabrın 13-də Avropanın əsas qruplar və səhmdarlarının məsləhətləşmə görüşü, noyabrın 14-də ağacəkmə aksiyası, noyabrın 15-də isə ətraf mühit məsələləri üzrə diplomatik təlim proqramı təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR