Bank Of Baku

Qərib Məmmədov: “Azərbaycanda bir bələdiyyənin başqa bələdiyyənin torpağına sərəncam verməsi kimi hallar var”

Qərib Məmmədov: “Azərbaycanda bir bələdiyyənin başqa bələdiyyənin torpağına sərəncam verməsi kimi hallar var”
# 07 noyabr 2012 11:23 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov verib.

Onun sözlərinə görə, torpaqların qanunsuz zəbt edilməsi halları daha çox bələdiyyələrin digər bələdiyyələrin torpaqlarına sərəncam verməsi şəklində özünü göstərir: “Bu zaman vətəndaşlara möhürlü kağız verirlər ki, guya bu, sənəddir. Əslində, verilən kağız sənəd deyil. Çünki həmin bələdiyyətin qonşu bələdiyyənin torpağına sərəncam vermək səlahiyyəti yoxdur. Təbii ki, belə sənədlər Komitəyə daxil olanda biz onu təsdiqləmirik. Sənədlərlə, xəritələrlə, fond materialları ilə müəyyən edirik ki, bu torpaq əslində hansı bələdiyyəyə və ya dövlətə məxsusdur. Belə hallar var və bunun qarşısı alınır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR