Bank Of Baku

Azərbaycan Ombudsmanı Niderlandın İnsan Hüquqları üzrə səfiri ilə görüşüb

Azərbaycan Ombudsmanı Niderlandın İnsan Hüquqları üzrə səfiri ilə görüşüb
# 07 noyabr 2012 16:28 (UTC +04:00)
Bakı - APA. Ombudsman Elmira Süleymanova Niderlandın İnsan Hüquqları üzrə səfiri Lionel Veer ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L. Veerin xahişi ilə baş tutmuş görüşdə insan hüquqlarının qorunması sahəsində mövcud vəziyyət və görülən işlər müzakirə olunub.

Azərbaycanda Ombudsmanın fəaliyyəti barədə məlumat verən E. Süleymanov keçirilən tədbirlərdən danışıb, Ombudsman fəaliyyətində hüquqi maarifləndirmənin xüsusi yer tutduğunu söyləyib.

L. Veer isə Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində böyük təcrübəyə malik olduğunu və geniş fəaliyyət göstərdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR