Bank Of Baku

Bakıdakı bəzi məktəblərdə problemlər aşkarlanıb

Bakıdakı bəzi məktəblərdə problemlər aşkarlanıb
# 08 noyabr 2012 15:15 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA 2012 – 2013-cü tədris ilində şagirdlərin sağlamlığının qorunması məqsədilə müəssisələrdə mövcud olan problemlər araşdırılıb. Bakı şəhər Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, nəticədə bir sıra müəssisələrdə istilik xətlərinin düzgün çəkilmədiyi, havalandırma sisteminin düzgün quraşdırılmadığı məlum olub. Mövcud problemlərlə bağlı aidiyyatı müəssisə və orqanlara müraciət edilib, mövsümə qədər problemlərin maksimum dərəcədə həll olunacağı gözlənilir.

Qeyd edək ki, 2012 – 2013 – cü tədris ilinin payız – qış mövsümünə hazırlıq məqsədilə istilik, enerji və qaz təchizatı, ventilyasiya sisteminin sazlanması, isti və soyuq su ilə təmin edilmə, eyni zamanda, yanğın, qəza və zədələnmələrin qarşısının alınması, şagirdlərin və işçilərin sağlamlığının qorunması ilə bağlı bir sıra tədbirlərin görülməsi ilə əlaqədar müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR