Bank Of Baku

“Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 08 noyabr 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA. Bu gün Göyçay Regional Peşə Tədrisi Mərkəzində əmək əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə “Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdən öncə nazir Fizuli Ələkbərov mərkəzdə təşkil olunan peşə hazırlığı kursları ilə tanış olub.

Dəyirmi masanı giriş sözü ilə açan nazir Fizuli Ələkbərov iqtisadi fəal əhalinin əmək potensialından səmərəli istifadənin, məşğulluq səviyyəsinin davamlı olaraq artırılmasının Azərbaycanın malik olduğu inkişaf strategiyasının əsas cəhətlərindən biri olduğunu qeyd edib. Nazir bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, cari ilin 9 ayı da daxil olmaqla ötən müddətdə 9600-dən çox, o cümlədən Göyçay Regional Peşə Tədrisi Mərkəzində 2600-ə yaxın vətəndaşın yeni peşələrə yiyələnməsi təmin olunub. Qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması sahəsində görülən işlərdən də söz açan F.Ələkbərov bildirib ki, başlıca hədəf son işçiyə qədər əmək müqaviləsinin bağlanılmasını, onun öz əmək hüquqlarına, o cümlədən gələcəkdə sosial təminat sistemi ilə əhatə edilmək hüququna malik olmasını təmin etməkdir.

Tədbirdə ayrı-ayrı işəgötürənlərin çıxışları dinlənilib, peşə hazırlığı işinin təkmilləşdirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması sahələrində görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR