Fərhad Abdullayev: “Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 235 qərar və 52 qərardad qəbul edilib”
F. Abdullayev hüququn sosial hadisə olduğuna görə cəmiyyətdən cəmiyyətə müəyyən məsələlərdə fərqləndiyini qeyd edib: “Bütün ölkələrin Konstitusiya hüququ eyni deyil. Onlar bir-birindən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər. Bununla yanaşı, bütün Konstitusiya hüququ elminin oxşar cəhətləri də vardır. Konstitusiya hüququ dövlət və cəmiyyətin təşkilinin, şəxsiyyətin hüquqi statusunun, yerli idarəetmənin və özünüidarəetmənin əsaslarını tənzimləyən hüquq sahəsidir. Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub. Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 235 qərar və 52 qərardad qəbul edilib. Qərarların böyük bir hissəsi insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin 2005-ci il 25 yanvar tarixli qərarının hüquqi mövqeyinə görə, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız Konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüququn realizəsi təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Bu isə məhkəmənin insan hüquq və azadlıqlarının pozuntusu ilə bağlı konkret işlər üzrə çıxardığı qərarlarının hüquq tətbiqedici orqanlar, o cümlədən məhkəmələr üçün hüququn mənbəyi qismində çıxış etməsini ehtiva edir” .
F. Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrin Konstitusiya məhkəmələri, Avropa Şurası, ATƏT, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bir sıra beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirdiyini bildirib: “Konstitusiya Məhkəməsinin dəvəti ilə Türkiyə, Rusiya, Almaniya, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Bolqarıstan və digər ölkələrin Konstitusiya nəzarət orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları ölkəmizə rəsmi səfərlər ediblər. Eyni zamanda, Venesiya Komissiyasının bütün Avropa Konstitusiya məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya məhkəmələrinin qərarları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində nəşr olunur” .
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
Ukrayna üçün “Patriot” raketləri Almaniyada istehsal oluna bilər
Venesuelada zəlzələ qurbanlarının sayı 4118-ə çatıb
Tramp Vens və Rubioya İranla danışıqları davam etdirməyi tapşırıb
ABŞ zənginləşdirilmiş uran olmadan İranla razılaşmanı istisna edir
ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
İsrailin müdafiə naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olduğunu bildirib
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib
DÇ-26: İspaniya yarımfinala yüksəlib
Əraqçi Hörmüz məsələsini müzakirə etmək üçün iyulun 11-də Omana səfər edəcək
Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub