Bank Of Baku

Elmin İnkişafı Fondu: Alimlərin hər zaman problemləri olub, mövcud vəziyyətə təbii baxmaq lazımdır

Elmin İnkişafı Fondu: Alimlərin hər zaman problemləri olub, mövcud vəziyyətə təbii baxmaq lazımdır
# 10 noyabr 2012 08:38 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA “Azərbaycanda alimlərin hər zaman problemləri olub və bu gün də mövcuddur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib: “Alimlərin yaratdıqları onların imkanlarından həmişə bir addım öndə olub. Bu uzlaşma müəyyən qədər gecikir və mövcud vəziyyətə təbii baxmaq olar. Amma son illər elmin inkişafı istiqamətində aparılan islahatlar, xüsusilə bu sahədə Milli Strategiyanın qəbul edilməsi alimlərin sosial vəziyyətinin yaxşılaşması üçün əlavə imkanlar yaradıb. Elmin İnkişafı Fondu respublikada il dəfə olaraq gənc alim və mütəxəssislər üçün qrant layihələri həyata keçirir.
Bu layihələr isə gənc alimlərə əlavə stimul verir, onların əmək haqlarının artımına, təcrübə üçün müxtəlif ölkələrə ezamiyyətə göndərilmələrinə, o cümlədən müasir İKT avadanlığı və texnologiyalarla işləmələrinə münbit şərait yaradır. Gənc alimlərin xarici ölkələrdə doktorantura təhsili almaları və təcrübə keçmələri onların gələcək fəaliyyətinə müsbət təsir göstərir”.

E. Babayev qeyd edib ki, bəzən alimlərin qrant layihələr çərçivəsində aldıqları müəyyən məbləğ vəsait onların iş yerlərində aldıqları əməkhaqqından kifayət qədər çox olur. Onun sözlərinə görə, bu gənc alimlərin gələcək fəaliyyətinə əlavə stimul yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR