Bank Of Baku

Elçin Babayev: “Elmin İnkişafı Fondu elm sahələri arasında heç bir fərq qoymur”

Elçin Babayev: “Elmin İnkişafı Fondu elm sahələri arasında heç bir fərq qoymur”
# 10 noyabr 2012 08:42 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Elmin İnkişafı Fondu gələcəkdə fərqli elm sahələrinə pilot şəklində əlavə qrant layihələr ayırmağı planlaşdırır. APA-nın xəbərinə görə, bunu Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə zoologiya və aqrar sahəyə yeni qrantlar ayrılacaq: “Fond elm sahələrinin arasında heç bir fərq qoymur. Bütün elm sahələrinin inkişafını dəstəkləyir və bu proses gələcəkdə də davam edəcək. Artıq bu vaxta kimi geologiya, biologiya, tibb, kimya elmləri üzrə müxtəlif layihələr həyata keçirilib. Bundan əlavə, elmi inkişaf etdirmək üçün müxtəlif sahələr üzrə müasir avadanlıqlar və texnologiyalar gətirilərək quraşdırılıb. Bu işlər gələcəkdə də davam etdiriləcək, müxtəlif sahələr üzrə yeni texnologiyalar alınaraq quraşdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR