Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Böyük miqyaslı tədqiqat layihələri-2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı beynəlxalq konfrans işə başlayıb. APA-nın xəbərinə görə, tədbir Elmin İnkişafı Fondunun İcraçı direksiyasının maliyyə və təşkilatı dəstəyi və AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsinə ARDNŞ dəstək verir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası noyabr ayının 10-nu "Sülh və inkişaf naminə ümumdünya elm günü" elan edib. Onun sözlərinə görə, məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır: “Elmin İnkişafı Fondu 2010-cu ildən etibarən Ümumdünya Elm Gününü qeyd edir. Bu ilki Ümumdünya Elm Gününün devizinə “Elm-Qlobal davamlılıq naminə: Qarşılıqlı əlaqəlilik, Əməkdaşlıq, Transformasiya” uyğun olaraq - Elmin İnkişafı Fondunun İcraçı direksiyasının maliyyə və təşkilati dəstəyi ilə “Böyük miqyaslı tədqiqat layihələri - 2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı beynəlxalq konfrans keçirilir. Beynəlxalq konfransın keçirilməsində məqsəd adıçəkilən pilot qrant layihələrin nəticələrinin və digər elmi-tədqiqat işləri üzrə nəticələrin yüksək səviyyədə müzakirəsinin keçirilməsi, həmçinin mövcud əlaqələrin gücləndirilməsi və yeni əlaqələrin yaradılmasıdır”.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə bildirib ki, beynəlxalq konfransda Yaponiya, Almaniya, Fransa və ABŞ kimi ölkələrin alim və mütəxəssisləri iştirak edir. Onun sözlərinə görə, bu konfransın keçirilməsi pilot layihə haqqında fikir yürüdülməsinə şərait yaradacaq, eyni zamanda elmin qabaqcıl sahələri barəsində alimlər arasında ünsiyyətin qurulması və elm sahəsində islahatların aparılmasına imkan verəcək.
Tədbirin davamında çıxış edən AMEA-nın Fizika İnstitutunun direktor müavini Nazim Məmmədov pilot layihə barədə ətraflı məlumat verib.
Qeyd edək ki, konfrans işini noyabrın 11-də davam etdirəcək.
Bakıda “Böyük miqyaslı tədqiqat layihələri - 2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı beynəlxalq konfrans keçirilir - FOTO
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
Ukrayna üçün “Patriot” raketləri Almaniyada istehsal oluna bilər
Venesuelada zəlzələ qurbanlarının sayı 4118-ə çatıb
Tramp Vens və Rubioya İranla danışıqları davam etdirməyi tapşırıb
ABŞ zənginləşdirilmiş uran olmadan İranla razılaşmanı istisna edir
ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
İsrailin müdafiə naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olduğunu bildirib
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib
DÇ-26: İspaniya yarımfinala yüksəlib
Əraqçi Hörmüz məsələsini müzakirə etmək üçün iyulun 11-də Omana səfər edəcək
Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub