Bank Of Baku

“Təcriddən Birliyə Doğru” Beynəlxalq Gənclər Seminarının yekun iclası olub

“Təcriddən Birliyə Doğru” Beynəlxalq Gənclər Seminarının yekun iclası olub
# 18 may 2007 10:48 (UTC +04:00)
Bu gün Avropa Kampaniyası çərçivəsində “Təcriddən Birliyə Doğru” Beynəlxalq Gənclər Seminarının yekun iclası olub. APA-nın məlumatına görə, bu beynəlxalq layihəni “Gələcəyə körpü” Gənclər İctimai Birliyi həyata keçirib. Yekun iclasında bir daha məlumat verilib ki, seminarı həyata keçirməkdə əsas məqsəd sosial cəhətdən cəmiyyətdən tədric olunmuş gəncləri fəal həyat tərzinə cəlb etmək, “Hər kəs fərqli - Hər kəs bərabər” bağlıqlı şüarı ilə Avropa Kampaniyasına dair məlumat vermək və təcrübələri birlikdə müzakirə etməkdən ibarət olub. Açılış mərasimi 13 may 2007-ci il tarixində Bakı şəhərində keçirilən seminarda Avropanın 7 ölkəsini təmsil edən 20-yə yaxın gənclər təşkilatlarının nümayəndələri qatılıb. Tədbir zamanı iştirakçılar kampaniya çərçivəsində təşkil edilmiş fəaliyyətləri və gənclərin bu fəaliyyətlərdəki iştirakını müzakirə etməklə Avropa gənclərinin təcriddən birliyə doğru inteqrasiya prosesini gözdən keçirib. Məlumat və təcrübə mübadiləsindən sonra iştirakçılar 4 fərqli qruplara bölünüb. Azərbaycanın Gəncə, Şəki, Şəmkir və Lənkəran bölgələrinə səfərlər və hər bölgədə sosial cəhətdən təcrid olunmuş gənclər üçün iki günlük seminarlar təşkil edilib. Avropanın bir sıra ölkələrinin nümayəndələrinin iştirakı ilə keçən seminarın bağlanış mərasimində gələcək layihə barəsində də məlumat verilib. Avqustun 1-dən 15-nə kimi keçiriləcək bu beynəlxalq layihədə 25 ölkənin 60-a yaxın gənci iştirak edəcək. Layihə Azərbaycanın üç bölgəsini əhatə edəcək. Gəncə və Şəkidə gənclər yerli ailələrdə olacaq və müşahidələr aparacaqlar. Bağlanış mərasimi Bakıda keçiriləcək.
Qeyd edək ki, “Təcriddən Birliyə Doğru” Beynəlxalq Gənclər Seminarı Avropa Şurasının Avropa Gənclər Fondu və Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR