Bank Of Baku

Bakıda “Emporio Armani” mağazasının açılış mərasimi keçirilib

Bakıda “Emporio Armani” mağazasının açılış mərasimi keçirilib
# 18 may 2007 11:27 (UTC +04:00)
Bu gün Rəsul Rza-1 küçəsində dünyanın aparıcı qruplarından olan dəbli malların və zinət əşyalarının istehsalçısı “Armani Group” Bakıda “Emporio Armani” adı altında ilk mağazasını açıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Armani Group”un nümayəndəsi Viktor Bifi şirkətin 13 fabrikində 4900 əməkdaşın çalışdığını bildirib. Onun sözlərinə görə, Giorgio Armani Bakıdakı mağazanı London, Seul, Tailand, Taypey və Milanda açılmış yeni mağazaların əsas konsepsiyasına uyğun layihələndirib: “Mağazanın interyerində istifadə edilmiş qara şüşə, divarları örtən parıltılı mərmər ilə effektli təzad təşkil edir. Tavan paslanmayan poladdan hazırlanmış parlaq panellərlə bəzədilib. Mağazanın döşəməsi qara keramik lövhəciklərdən yığılıb. Giorgio Armani işlərinin çoxluğundan Azərbaycana gələ bilməsə də, mağazanın hər bir detalından xəbərdardır. Biz Azərbaycanda fəaliyyət göstərməkdən böyük məmnunluq duyuruq və alıcılarımızı tapacağımıza inanırıq. Giorgio Armani bildirib ki, “Azərbaycan bazarı dinamik surətdə inkişaf edir, burada moda və lüks mallarına göstərilən diqqət getdikcə artır. Mən Bakıda “Emporio Armani” üçün böyük perspektivlər görürəm”.
“Sinteks” şirkətinin nümayəndəsi Əziz Balayev mağazada təqdim olunan kişi və qadın geyimləri, ayaqqabılar, zinət əşyalarının digər ölkələrə nisbətən daha ucuz satılacağını deyib. O bildirib ki, hər mövsümün sonunda mağazada güzəştli endirimlər də həyata keçiriləcək.
Qeyd edək ki, qrup “Giorgio Armani Prive”, “Giorgio Armani”, “Armani Collezioni”, “Emperio Armani”, “AJ Aramani Jeans”, “A/X Aramni Exchange”, “Armani Junior”, “Armani Casa” ticarət nişanları altından geyim, aksesuarlar, eynəklər, saatlar, zərgərlik malları, ev interyerləri, parfümeriya və kosmetika kimi dəbli malların işləyib hazırlanmasını, buraxılmasını və satışını həyata keçirir. Hazırda qrupun eksklüziv pərakəndə satış şəbəkəsi 46 ölkəni əhatə edir və 73 “Giorgio Armani” butikindən, 12 “Armani Collezioni” mağazasından, 14 “Emporio Armani” mağazasından, 115 “A/X Armani Exchange” mağazasından, 18 “AJ Armani Jeans” mağazasından, 7 “Armani Junior” mağazasından, 1 “Giorgio Armani Accessori” mağazasından, 1 “Emporio Armani Accessori” mağazasından və 25 “Armani Casa” mağazasından ibarətdir. “Armani Group” həmçinin dünyanın ən iri şəhərlərində unikal otellər şəbəkəsini və istirahət zonalarını açmaq niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR