Bank Of Baku

ABŞ-ın Oklahoma Milli Qvardiyası Laçından olan məcburi köçkünlər üçün “Çeroki mələk” adlı əməliyyat həyata keçirib

ABŞ-ın Oklahoma Milli Qvardiyası Laçından olan məcburi köçkünlər üçün “Çeroki mələk” adlı əməliyyat həyata keçirib
# 19 may 2007 10:42 (UTC +04:00)
Bu gün ABŞ-ın Oklahoma Milli Qvardiyası Sumqayıtın Sarıqaya qəsəbəsində yerləşən Laçından olan məcburi köçkünlər üçün “Çeroki mələk” adlı əməliyyat həyata keçirib. APA-nın məlumatına görə, 55 nəfər tibb işçisindən ibarət olan personala briqada generalı Robert D. Ayaton rəhbərlik edib. O, treninq zamanı xəstəxana obyektlərinin seçilməsi, sahə sanitariyası, çadır qurulması, xəstəxanadan əvvəl travma, xəstənin müayinəsi və hava nəqliyyatı ilə bağlı tədrisin aparıldığını qeyd edib. Onun sözlərinə görə, məcburi köçkünlər arasında əsasən mədə-bağırsaq problemli xəstələr aşkarlanıb. Robert D. Ayaton nümayəndə heyətində 4 stomatoloq, 2 göz həkiminin olduğunu qeyd edib. General tədbirin təşkilində Azərbaycanın müdafiə, səhiyyə və daxili işlər nazirliklərinin yardımçı olduğunu bildirib. Bugünkü tədbirlər nəticəsində 126 nəfər müayinədən keçirilib. Ötən gün isə müayinə edilənlərin sayı 269 nəfər olub.
Qeyd edək ki, OklahomaAzərbaycan 2002-ci ildə ABŞ-ın Avropa Komandanlığının dövlət tərəfdaşlıq proqramı tərəfindən təsis olunub. Təşkilatın missiyası dünyada sabitliyin inkişafına xidmət etməkdir. Proqram özündə seçmə ölkələrlə 54 tərəfdaş dövləti birləşdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR