Bank Of Baku

Beynəlxalq həkimlər qrupu Sabirabaddakı Qalaqayın çadır şəhərciyinə gedib

Beynəlxalq həkimlər qrupu Sabirabaddakı Qalaqayın çadır şəhərciyinə gedib
# 22 may 2007 10:00 (UTC +04:00)
Beynəlxalq təşkilatların həkimlər qrupu Sabirabad rayonundakı Qalaqayın çadır şəhərciyində xəstəliklər əleyhinə proqram həyata keçirirlər. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Onun sözlərinə görə, bu gün Kanadanın “Yardım və kömək naminə” təşkilatından Stis Trenderin rəhbərlik etdiyi beş nəfərlik həkimlər qrupu və “Rastropoviç-Vişnevskaya Fondu”nun Azərbaycan nümayəndəliyinin üzvləri Qalaqayın çadır şəhərciyində xəstəliklər əleyhinə proqram həyata keçirirlər. Sabah isə digər beynəlxalq təşkilatların 42 nəfərdən ibarət həkimlər heyətinin çadır şəhərciyinə gəlişi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR