Bank Of Baku

“Vətən həsrəti və sönməyən ümidlər” sənədli filminin ixtisar olunmuş variantı xarici ölkələrdə nümayiş etdiriləcək

“Vətən həsrəti və sönməyən ümidlər” sənədli filminin ixtisar olunmuş variantı xarici ölkələrdə nümayiş etdiriləcək
# 24 may 2007 11:07 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə həsr olunan “Vətən həsrəti və sönməyən ümidlər” sənədli filminin qısa variantının təqdimatını keçirib. APA-nın məlumatına görə, 52 dəqiqəlik bu film xarici ölkələrdə nümayiş etdirilmək üçün ixtisar edilib və cəmi 12 dəqiqəlik kadr saxlanılıb. Film arxiv materialları, tarixi faktlar əsasında çəkilib. Filmin ilk hissəsində 1828-1986-cı illərdə ermənilərin törətdiyi faciələr arxiv məlumatları əsasında öz əksini tapıb. Filmdə Heydər Əliyevin xarici siyasəti, İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Qeyd edək ki, filmin 52 dəqiqəlik variantı ictimaiyyətə fevralın 21-də təqdim edilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR