Bank Of Baku

Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq yaranır

Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq yaranır
# 24 may 2007 16:37 (UTC +04:00)
Sumqayıt və Avstriyanın Lints şəhərləri bir sıra sahələrdə əməkdaşlıq qurmaq niyyətindədirlər. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. O bildirib ki, şəhərlər arasında əlaqələrin qurulmasına dair danışıqlar 2004-cü ildən aparılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-18-də Lints şəhərində keçiriləcək Brukner Festivalında iştirak edəcək. Tədbir çərçivəsində şəhər meri Frants Dobuş və şəhərin iqtisadi palatasında görüşlərin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan nümayəndə heyəti Lints şəhərindəki texnopark, biznes parkları, sərgi salonları, kimya müəssisələri, tullantıların emalı zavodunun ekoloji müəssisəsi, biznes və turizmin təşviqi ilə məşğul olan şəhər bürosunu ziyarət edəcək, avstriyalı həmkarları ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması ilə bağlı danışıqlar aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR