Bank Of Baku

Milli Fəaliyyət Planı üzrə İşçi qrupunun növbəti toplantısı keçirilib

Milli Fəaliyyət Planı üzrə İşçi qrupunun növbəti toplantısı keçirilib
# 14 may 2008 09:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) üzrə İşçi qrupunun Ombudsman Aparatında növbəti toplantısı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 2008-ci ilin birinci rübü ərzində həmin sənədin icrası sahəsində həyata keçirilən fəaliyyət, ölkənin bütün rayonlarını əhatə etməklə ictimai dinləmələr keçirilməsi, Azərbaycanda insan haqları ilə bağlı iyunun 18-də təşkil ediləcək beynəlxalq konfrans və İnsan hüquqları aylığının keçirilməsi məsələləri müzakirə olunub. İşçi qrupunun rəhbəri, Ombudsman Elmira Süleymanova çıxışında MFP-nin həyata keçirilməsi üzrə fəaliyyətin uğurlu olduğunu bildirib. Toplantıda MFP-nin həyata keçirilməsi ilə əlaqədar bu ilin birinci rübündə görülmüş işlər müzakirə olunub, iştirakçıların mülahizələri dinlənilib. Qeyd olunub ki, Ombudsmanın təşəbbüsü ilə yaxın vaxtlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən MFP üzrə internet səhifəsinin yaradılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR