Bank Of Baku

Ümumdünya Ərzaq Proqramı Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünləri ərzaqla təmin etməsinin monitorinqini keçirəcək

Ümumdünya Ərzaq Proqramı Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünləri ərzaqla təmin etməsinin monitorinqini keçirəcək
# 29 may 2008 08:29 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Biz hazırda Azərbaycanda mövcud olan şəraitdən çox razıyıq. 15 il bundan əvvəl Ümumdünya Ərzaq proqramı bura gələndə vəziyyət çox ağır idi”. Bu açıqlamanı APA-ya Ümumdünya Ərzaq Proqramının Azərbaycan üzrə nümayəndəsi Linn Miller verib. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycan hökuməti bir çox sahələrdə böyük irəliləyişlər əldə edib, məcburi köçkün və qaçqınlar üçün yeni qəsəbələr tikib, sosial proqramlara imza atıb. “Məhz bu səbəbdən də onlara yardım etmək artıq beynəlxalq təşkilatın deyil, Azərbaycan hökumətinin məsuliyyətinə çevrilib. Mən bu gün qəti əminliklə deyə bilərəm ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə fasiləsiz qida yardımı göstərəcək və bu yardımlar ünvanına çatacaq”. Linn Miller Azərbaycanda həyata keçirdikləri proqramın bir neçə həftə sonra başa çatacağını bildirsə də, 15 regional məntəqədə monitorinq sisteminin qurulacağını və Ümumdünya Ərzaq Proqramının hökumət tərəfindən qaçqınların ərzaqla təmin olunması sistemini nəzarətdə saxlayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR