Bank Of Baku

BQXK prezidenti: “Ərzaq və yanacağın qiymətlərinin artımı dünyada yoxsul insanların həyatını daha da çətinləşdirəcək”

BQXK prezidenti: “Ərzaq və yanacağın qiymətlərinin artımı dünyada yoxsul insanların həyatını daha da çətinləşdirəcək”
# 29 may 2008 09:41 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. "Ərzaq və yanacağın qiymətlərinin artımı dünyada müharibələr və daxili zorakılıqların təsirinə məruz qalan yoxsul insanların həyatını daha da çətinləşdirəcək”. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bunu təşkilatın prezidenti Yakob Kellenberqer təşkilatın 2007-ci il üzrə illik hesabatını təqdim edərkən deyib. O bildirib ki, buna baxmayaraq, BQXK 52 ölkədə evlərindən didərgin düşmüş insanlar, xəstə və yaralılar, saxlanılan şəxslər, həm qiymətlərin artımı, həm də silahlı münaqişələrin təsirlərinə daha çox məruz qalmış əhali təbəqələrini əlavə ərzaq və digər yardımlarla təmin etməyi planlaşdırır. BQXK-nin 2007-ci ildə ümumi xərcləri 944 milyon İsveçrə frankına bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR