Bank Of Baku

Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
# 30 may 2008 08:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan və Goranboy uşaq və ailələrə dəstək mərkəzləri, “Äžöy qurşağı” Reabilitasiya Mərkəzi, “Müşfiq” əlilliyi olan uşaqlara yardım İctimai Birliyi, Azərbaycan Karlar Federasiyası və digər qurumlar da daxil olmaqla, icma əsaslı reabilitasiya mərkəzlərinin xidmətlərindən bəhrələnən ailələrdən olan 80 uşaq, Saray, Şağan və Suraxanı qəsəbələrində yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün internet məktəblərindən isə 20 uşaq iştirak edib. Uşaqlara 10 əlil arabası, məişət və hesablama texnikası, oyuncaqlar hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR