Bank Of Baku

“Sahil” bağı təmirə dayandırılıb

“Sahil” bağı təmirə dayandırılıb
# 30 may 2008 12:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Sahil” bağı bu gündən təmirə dayandırılıb. Səbayel Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, bağda əsaslı təmir-bərpa işləri aparılacaq. Onun sözlərinə görə, bərpa işləri Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən aparılır. Azərbaycan Dövlət Neft Şirkəti isə bağın qrunt sularından təmizlənməsi üçün müvafiq tədbirlər həyata keçirəcək. İ. Kərimov təmir-bərpa işlərinin yaxın müddətdə başa çatdırılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR