Bank Of Baku

“QHT-lərin ictimai maliyyələşdirilməsinin institusional mexanizmləri” mövzusunda seminar keçirilib

“QHT-lərin ictimai maliyyələşdirilməsinin institusional mexanizmləri” mövzusunda seminar keçirilib
# 30 may 2008 13:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Milli QHT Forumu (MQF) Qeyri-Kommersiya Hüququ üzrə Avropa Mərkəzi (QKHAM) ilə birgə gerçəkləşdirdiyi layihə çərçivəsində “QHT-lərin ictimai maliyyələşdirilməsinin institusional mexanizmləri” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov QHT-lərin maliyyələşməsinin mövcud imkanları mövzusunda çıxış edib. Onun sözlərinə görə, özəl sektorla QHT-lər arasında əməkdaşlığın forması müəyyənləşməlidir. QKHAM-ın eksperti Draqan Qoluboviç QHT-lərin maliyyələşməsinin modellərini müqayisəli şəkildə təhlil edib. Onun fikrincə, QHT-lərin davamlı fəaliyyətini təmin etmək üçün dövlət tərəfindən maliyyə yardımına ehtiyac var. Xorvatiya Bələdiyyə Assosiasiyasının rəhbəri Mladen İvanoviç QHT-lərin fəaliyyətində təmsil etdiyi ölkənin təcrübəsindən danışıb. M. İvanoviç deyib ki, Xorvatiyada 30 min ictimai təşkilat və 120 fond dövlət qeydiyyatına alınıb. “Xorvatiyada vətəndaş cəmiyyətinin inkişafına səbəb, bu sektora dövlət dəstəyinin artmasıdır. 2002-ci ildən indiyə qədər iki minə yaxın layihə dövlət tərəfindən maliyyələşdirilib”. O, Azərbaycanla Xorvatiya cəmiyyəti arasında oxşar cəhətlərin çox olduğunu da deyib. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafında dövlətin maraqlı olduğunu söyləyib: “Prezident tərəfindən yaradılan şura ölkədə QHT-lərin inkişafı üçün müvafiq addımları atacaq. Ancaq QHT-lər də şuraya nəzarət mexanizmini həyata keçirməlidir. Əsas odur ki, prezident bu məsələdə iradə nümayiş etdirib”. O, QHT-ləri şuranın işinə dəstək verməyə də çağırıb. Seminar QHT-lərin fəaliyyəti ilə bağlı müzakirələrlə öz işini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR