Bank Of Baku

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasının 15 fəaliyyət istiqaməti müəyyənləşib”

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasının 15 fəaliyyət istiqaməti müəyyənləşib”
# 30 may 2008 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “QHT-lərə Dövlət Dəstəyi Şurasının 15 fəaliyyət istiqaməti müəyyənləşib”. Şuranın sədri Azay Quliyev APA-ya açıqlamasında deyib ki, bu fəaliyyət istiqamətlərində QHT sektorunu indiyə qədər narahat edən məsələlər öz əksini tapıb. Onun sözlərinə görə, dövlət büdcəsindən ilkin olaraq ayrılan 1,5 milyon manatlıq maliyyə vəsaiti isə quruculuq işlərinə sərf olunacaq. “Məbləğin artırılması məqsədilə Maliyyə Nazirliyinə öz təkliflərimizi təqdim etmişik”. O, şuranın əlavə maliyyə mənbələrinin tapılması istiqamətində fəaliyyətə başladığını da söyləyib: “Beynəlxalq təşkilatlarla danışıqlara başlanıb. Azərbaycanda fəaliyyət göstərən özəl sektoru da bu prosesə dəvət etməyə çalışacağıq. Cəhd edəcəyik ki, sahibkarlar Azərbaycan QHT-lərinin həyata keçirdiyi milli layihələrə maliyyə yardımı ayırsınlar və səhv etmədiklərini anlasınlar”. Şura sədri qurumun bina problemi ilə bağlı məsələ ətrafında müzakirələrin davam etdirildiyini də qeyd edib. O, bu prosesin çox vaxt aparmayacağına inandığını da deyib. QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın olduğunu deyən A. Quliyev bu istiqamətdə müəyyən işlərin görüldüyünü vurğulayıb: “Milli QHT Forumu dörd qanun layihəsini hazırlayaraq, Milli Məclisə təqdim edib. “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsi artıq parlamentin müvafiq komissiyasında müzakirəyə çıxarılıb. “İctimai birliklər”, “Fondlar” və “Xeyriyyəçilik” haqqında qanun layihələri də parlamentə göndərilib”. A. Quliyev bildirib ki, növbəti il üçün şuraya ayrılacaq maliyyə vəsaiti ilə bağlı iyulun 1-ə qədər öz təkliflərini Maliyyə Nazirliyinə göndərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR