Bank Of Baku

Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub

Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən tarixi binanın özülünün qazılması sakinlərin narahatlığına səbəb olub
# 30 may 2008 15:26 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. “Dünən 15 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları yaşadığımız Nəsimi rayonu Mirzağa Əliyev küçəsi, 251 ünvanında yerləşən iki mərtəbəli tarixi binanın özülündə quyu qazıblar”. Bu sözləri APA-ya həmin ünvanda yaşayan sakinlərdən biri Rəhiməxanım Əhmədova deyib. Şikayətçi qeyd edib ki, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları binanın özülünü yoxlamaq məqsədilə qazıntı apardıqlarını deyiblər. Onun sözlərinə görə, binanın özülündə quyu qazan MİS əməkdaşları həmin yeri bağlamayıblar: “Özülü qazılan binada 31 ailə yaşayır. MİS əməkdaşlarından binanın özülündə qazılmış quyunun bağlanmasını tələb etsək də, tələbimizə əhəmiyyət verən yoxdur. Binanın hər an çökmək təhlükəsi var. Bu gecə qorxumuzdan yatmamışıq”. Şikayətçi qeyd edib ki, problem tezliklə aradan qaldırılmasa, bina çökə bilər. R. Əhmədovanın sözlərinə görə, binanın özülü 2 metr dərinliyində və 2 metr enində qazılıb. Şikayətçi binanın özülünün açılması göstərişini 15 saylı MİS-in müdiri Mirkazım Əliyevin verdiyini də vurğulayıb. 15 saylı MİS-dən isə APA-ya bildirilib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin Layihə İnstitutunun müraciəti əsasında həmin ünvanda yerləşən binanın özülündə quyu qazılıb. Məqsəd isə binanın qəzalı vəziyyətdə olub-olmamasını yoxlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR