Bank Of Baku

Azərbaycan Kişinyovda “İfadə azadlığı” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib

Azərbaycan Kişinyovda “İfadə azadlığı” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib
# 01 iyun 2008 08:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı Kişinyovda (Moldava) “İfadə azadlığı” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib.
Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Avropa Komissiyasının TAİEX proqramının Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi ilə birgə təşkil etdiyi seminarda Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların təmsilçiləri, Qara dəniz regionuna daxil olan ölkələrin dövlət, QHT və KİV nümayəndələri iştirak ediblər. A.Səfixanlı seminarda çıxış edərək Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ötən dövr ərzində respublikada fikir, söz və məlumat azadlığının təmin edilməsi, media hüquqlarının müdafiəsi, jurnalistlərin peşə hazırlığının və hüquq mədəniyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti barədə məlumat verib. O, ötən müddət ərzində Ombudsman Aparatında KİV nümayəndələri ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının gerçəkləşdirilməsinə dair məsləhətləşmələrin aparıldığını, bu planın əhəmiyyəti və əhatə dairəsi ilə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR