Bank Of Baku

Azərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb

Azərbaycan paytaxtında Son Zəng günü ilə bağlı keçirilən bayram gəzintiləri zamanı asayişin pozulması faktı qeydə alınmayıb
# 01 iyun 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mayın 31-də Son Zəng günü Bakı şəhərinin Dənizkənarı Milli Parkda məzunların bayram gəzintiləri zamanı hər hansı xoşagəlməz hadisə və asayişin pozulması halı baş verməyib. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib.
N.Məcidovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il məzunlara nəzarət daha da güclü olub və onların etik həddi aşan hərəkət etməsinin qarşısı DBİ-nin mühafizəçiləri və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. O, məzunların etik həddi aşmayan bütün oyunlardan istifadə etməsinə şərait yaradıldığını qeyd edib. Rəis müavini bildirib ki, gecə yarısına kimi DBİ-nin mühafizəçiləri gücləndirilmiş iş rejimində işləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR