Bank Of Baku

Bayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq

Bayram günlərində Azərbaycan paytaxtındakı böyük parklarda asayişin qorunmasına atlı əsgərlər cəlb olunacaq
# 01 iyun 2008 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bundan sonra Azərbaycanda bayram günlərində paytaxtın böyük parklarında, xarici ölkələrdə olduğu kimi, asayişi atlı əsgərlər də qoruyacaq. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, artıq 28 May - Respublika Günü və Son Zəng Günü Milli Parkda xüsusi paltar geyinmiş atlı əsgərlər olub. İdarə rəsmisi bildirib ki, bu xüsusi xidmət Daxili Qoşunlar tərəfindən təşkil olunub. Rəis müavini bu xidmətin daha da təkmilləşdirilməsinin, paytaxtın digər parklarında da təşkilinin nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR