Bank Of Baku

Bu il 7 Azərbaycan vətəndaşı mina qurbanı olub

Bu il 7 Azərbaycan vətəndaşı mina qurbanı olub
# 03 iyun 2008 11:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il ərzində Azərbaycanda 7 nəfər mina və partlamamış hərbi sursat partlayışının qurbanı olub. APA-nın məlumatına görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, bu hadisələr zamanı ölüm baş verməyib. Mina qurbanı olmuş insanların 6-sı mülkü şəxs, 1-i hərbçidir. H. Səfixanovun sözlərinə görə, ümumilikdə indiyədək Azərbaycanda 3000-ə yaxın mina qurbanının olduğu bildirilir. Onların 450-500 nəfəri həlak olub. Birlik sədri Azərbaycanda mina qurbanları ilə bağlı real məlumatların toplanmasında bəzi problemlərin olduğunu da söyləyib. O qeyd edib ki, döyüş əməliyyatları zamanı sənədləşmə düzgün aparılmadığından mina hadisələrinin qurbanı olan şəxslər qəlpə yarası alan xəstə kimi qeydiyyata alınıblar. Bu isə mina qurbanlarının real sayı barədə məlumatların toplanmasında problem yaradır. H. Səfixanov Azərbaycanın mina qurbanlarının sayının Ermənistan və Gürcüstandakından çox olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR