Bank Of Baku

Dekabrda Osloda kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiya imzalanacaq

Dekabrda Osloda kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiya imzalanacaq
# 03 iyun 2008 11:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın imzalanma mərasimi BMT-nin baş katibi Ban Gi Munun iştirakı ilə bu ilin dekabrında Osloda keçiriləcək. APA-nın məlumatına görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, bu ilin mayın 19-dan 30-dək Dublin (İrlandiya) şəhərində həmin sənədin müzakirəsinə həsr edilmiş diplomatik konfrans keçirilib. Konfransda kasetli silahların tətbiqini, istehsalını, ehtiyatının toplanmasını və ötürülməsini qadağan edən beynəlxalq sənədin qəbul olunmasına 100 ölkənin nümayəndələri, o cümlədən NATO üzvi olan Böyük Britaniya, Almaniya, Niderland, Fransa, Danimarka, İtaliya, İspaniya və Belçika müsbət rəy bildirib. Yalnız Estoniya, Finlandiya və Slovakiya bu sənədi ciddi müzakirə edəcəklərini bildiriblər. H. Səfizanovun sözlərinə görə, konvensiyanın qüvvəyə minməsi üçün ən az 30 ölkə onu ratifikasiya etməlidir. Bu konvensiyaya qüvvəyə mindikdən sonra həmin sənədi imzalamış ölkələr öz ərazilərini 7-12 il müddətinə kasetli silahlardan təmizləmək, bu növ silah ehtiyatı olanlar isə 8 il müddətinə bu ehtiyatları məhv etmək barədə öhdəlik götürürlər. H. Səfixanov qeyd edib ki, hazırda dünyanın 76 ölkəsində milyardlarla kasetli silah ehtiyatı toplanılıb. Azərbaycan da daxil olmaqla, ən azı 24 ölkənin ərazisi kasetli silahların təsirinə məruz qalıb. Birlik sədri bildirib ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda kasetli silahların istifadəsi nəticəsində 130 nəfər ölüb və yaralanıb. Təşkilatın keçirdiyi monitorinq zamanı bununla bağlı 49 fakt öz təsdiqini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR