Bank Of Baku

İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək

İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək
# 03 iyun 2008 13:41 (UTC +04:00)
İstanbul. Kərim Həsənli APA. Sabah İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək. APA-nın xəbərinə görə, bayramın əsas hissəsi “Beşiktaş”ın “İnönü” stadionunda təşkil olunacaq. Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan da iştirak edəcək. İyunun 2-də 32 türkdilli dövlət və icmanı təmsil edən 44 qrup milli geyimlərdə İstanbulun Kadıköy rayonundakı Söyüdlüçeşmə prospektindən İskələ meydanına qədər yürüş keçirib. Yürüşə Azərbaycandan olan uşaqlar da qatılıb.
Türk Dünyası Uşaq Şənlik Bayramı Türkiyə prezidenti Abdulla Gülün himayəsində Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilir.
1995-ci ilin may ayından bəri təşkil olunan mərasimlərdə indiyə qədər 2000 uşaq iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR