Bank Of Baku

BMT-nin İnkişaf Proqramının nümayəndələri Füzuli rayonunda olublar

BMT-nin İnkişaf Proqramının nümayəndələri Füzuli rayonunda olublar
# 04 iyun 2008 07:47 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. BMT-nin İnkişaf Proqramının nümayəndələri Füzuli rayonuna baş çəkiblər. Onlar təmas xəttinin Azərbaycan tərəfində minadan təmizlənmiş sahələrdə salınan yeni qəsəbələrlə və cəbhəyanı ərazilərdə çirkli hesab edilən sahələrlə tanış olublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, qonaqlar Füzuli ərazisində aşkarlanmış hərbi sursatların zərərsizləşdirilməsi prosesini müşahidə ediblər. BMT İnkişaf Proqramının nümayəndəsi Bruno Pouezat bildirib ki, səfərin məqsədi azərbaycanlı minatəmizləyənlərin iş prinsipləri ilə yaxından tanış olmaqdır. Gələcəkdə digər regionlarda yaradılacaq beynəlxalq minatəmizləmə təlim mərkəzlərində Azərbaycan mütəxəssislərin potensialından istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qonaqları Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbəri Nazim İsmayılov müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR