Bank Of Baku

Azərbaycan Müəllif Hüquqları Agentliyi 12 adda kitabın pirat nüsxələrini satışdan çıxarıb

Azərbaycan Müəllif Hüquqları Agentliyi 12 adda kitabın pirat nüsxələrini satışdan çıxarıb
# 06 iyun 2008 14:59 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Çıraq” nəşriyyatının direktoru Əliağa Cəfərovun şikayət məktubu əsasında Bakı şəhərinin kitab mağazaları və köşklərində monitorinqlər aparılıb. Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) monitorinq şöbəsinin rəhbəri Alı Mustafayev APA-ya bildirib ki, monitorinq zamanı bu nəşriyyatda çap olunan kitabların qeyri-qanuni şəkildə surətçıxarma yolu ilə çap edilən nüsxələri aşkarlanıb: “Nəşriyyatın pirat yolu ilə çap olunan və qanunsuz yayılan 12 adda kitabının nüsxələri satış məntəqələrindən yığışdırılıb. Onların sırasında “Azərbaycan tarixi”, “Şəxs adları müntəxəbatı” və Çingiz Abdullayevin 10 kitabının saxta nüsxələri var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR