Bank Of Baku

“Azərbaycanın siyasi xəritəsi”nin pirat nüsxələri çap olunub

“Azərbaycanın siyasi xəritəsi”nin pirat nüsxələri çap olunub
# 06 iyun 2008 15:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycanın siyasi xəritəsi”nin pirat nüsxələri çap olunub və satışa çıxarılıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) monitorinq şöbəsinin rəhbəri Alı İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu barədə AMHA-ya Bakı Şəhər Kartoqrafiya Fabriki rəsmi müraciət edib: “Fabrikin çap etdiyi “Azərbaycanın siyasi xəritəsi”nin saxta nüsxələri metro keçidləri və müxtəlif kitab mağazalarında satılır. Bu saxta nüsxələrin aşkar olunması və satışdan yığışdırılması məqsədi ilə Bakı şəhərində geniş monitorinqlər aparılacaq”. A. İsmayılov monitorinqlərə iyunun 9-dan başlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR