Bank Of Baku

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib
# 17 oktyabr 2026 11:01 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 115 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 60,6 min şəxsə ambulator, 28,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Bildirilib ki, Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR