“Postmüharibə dövründə 3200 şəxsə sosial-psixoloji dəstək göstərilib”.
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, belə şəxslər arasında son dövrlərdə özünə sui-qəsd edən şəxslər də olduğundan, bu məsələ diqqət mərkəzindədir: "Bu məsələ ilə bağlı yanvarın 13-dən yeni proqrama başlanılıb, bu proqramda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi, TƏBİB və digər qurumlar çox yaxından iştirak edəcək".