Göygöl rayonuna yağan qar fəsadlar törədib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gecədən yağmağa başlayan qarın hündürlüyü rayon mərkəzində 10 sm, dağlıq ərazilərdə 20 sm-ə çatıb. Yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Qar səbəbindən rayonun Aşıqlı və Köşkü kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda qarın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.