“Son günlərdə koronavirusa yoluxmada müşahidə olunan azalma bizi sevindirir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, ancaq qaydalara riayət etməliyik: “Elə etməliyik ki, müsbət tendensiyanı saxlayaq. Hər bir vətəndaşımıza dərin təşəkkürümüzü bildiririk”.