Azərbaycan Ombudsmanı Səbinə Əliyeva cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub.
Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib.
Bildirilib ki, S.Əliyeva hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib.