Ötən il ambulator-poliklinik və profilaktik tədbirlərin operativliyinin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına 130 ədəd minik avtomobili alınıb.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.
Məlumata əsasən, Bakı şəhəri üzrə 232.9 min nəfər ambulator müşahidəyə götürülüb, onlardan təxminən 89.0 min nəfərdə COVID-19 xəstəliyi aşkar edilib. Məntəqələr tərəfindən 78.2 min yaxma götürülüb, 31.4 min xəstəyə dövlət hesabına dərman preparatları çatdırılıb.