Prezidentin köməkçisi: “Qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirik”

Prezidentin köməkçisi: “Qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirik”
# 08 dekabr 2020 15:21 (UTC +04:00)

“Həkimlərimiz gərgin şəraitdə fəaliyyət göstərirlər, bu cəbhədə onlara yardım etməliyik”.

APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, səhiyyə sisteminin yükünün artması ilə bağlı sosial şəbəkələrdə də narazılıqlara rast gəlinir: “Bu, səhiyyə sisteminin yüklənməsi ilə bağlıdır. Peyvənd olana qədər bu sərt dalğalanmalar davam edəcək”.

Prezidentin köməkçisi qeyd edib ki, 18 yanvara qədər qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirlər: “Hazırda biz də peyvəndlə bağlı prosesləri izləyirik, bütün şirkətlərlə əlaqələrimiz var, danışıqlar aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR