Bank Of Baku

ABŞ-da əlverişsiz hava şəraiti 280 mindən çox abonenti işıqsız qoyub

ABŞ-da əlverişsiz hava şəraiti 280 mindən çox abonenti işıqsız qoyub
# 16 avqust 2026 23:38 (UTC +04:00)

ABŞ-ın Havay adaları və İndiana ştatlarında əlverişsiz hava şəraiti nəticəsində 280 mindən çox abonentin elektrik enerjisi kəsilib.

APA xəbər verir ki, məlumata görə, Havayda “Lala” qasırğası səbəbilə 151503 abonent, İndianada isə daşqınlar nəticəsində 130403 abonent elektriksiz qalıb.

Havay qubernatoru Coş Qrin daha əvvəl qasırğa səbəbilə 60 mindən çox abonentin işıqsız qaldığını bildirmişdi.

İndiana qubernatoru Mayk Braun isə prezident Donald Trampın ştatda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı müraciətini dəstəkləməyə hazır olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR