Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb

Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb
# 07 iyun 2021 12:56 (UTC +04:00)

Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator və 800 litr yanacaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR