Ağdamda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış tarixi Zəfərə həsr olunan “Zəfər naminə – Birlik Kuboku” mini-futbol turnirinə yekun vurulub.
APA xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gərgin və idman mübarizəsi şəraitində keçən həlledici final qarşılaşmasında “Xocavənd” və “Agro-Lid MMC” kollektivləri üz-üzə gəliblər. Rəqibini 5:2 hesabıyla məğlub edən “Xocavənd” komandası turnirin baş mükafatı olan kuboka yiyələnib.
Sonda qalib gələn komandanın üzvlərinə kubok və xatirə hədiyyələri təqdim olunub.